əl-Qurtubi və təvəssül

Əbu Abdullah əl-Qurtubi “Əl Cami li Əhkəm əl-Quran” kitabında ən-Nisa surəsi 64-cü ayənin təfsirində yazır:

  

روى أبو صادق عن علي قال : قدم علينا أعرابي بعدما دفنا رسول الله صلى الله عليه وسلم بثلاثة أيام , فرمى بنفسه على قبر رسول الله صلى الله عليه وسلم وحثا على رأسه من ترابه ; فقال : قلت يا رسول الله فسمعنا قولك , ووعيت عن الله فوعينا عنك , وكان فيما أنزل الله عليك ” ولو أنهم إذ ظلموا أنفسهم ” الآية , وقد ظلمت نفسي وجئتك تستغفر لي . فنودي من القبر إنه قد غفر لك

“Əbu Sadiq Əlidən belə dediyini rəvayət edir:

Rəsulullahı (s) dəfn etdikdən üç gün sonra yanımıza bir bədəvi gəldi. Özünü Rəsulullahın (s) qəbri üzərinə atdı, qəbrin torpağını alıb başına səpdi və dedi:

Ya Rəsulallah! Sən dedin, biz dediyini dinlədik. Sən Allahdan aldın, biz səndən. Allahın sənə endirdikləri arasında bu ayə var: “…Əgər onlar nəfslərinə zülm etdikləri zaman…” (Ən Nisa: 64).  Mən də nəfsimə zülm etdim və mənim üçün Allahdan bağışlanma diləyəsən deyə sənin yanına gəldim. Qəbirdən “sən bağışlandın” deyə bir səs gəldi.”

əl-Qurtubi, “Əl Camiu li Əhkəm əl-Quran”, 5/429

Scan olunmuş səhifədə 6/439

Qurtubi Tövbə surəsinin 100-cü ayəsinin sonunda belə dua edir:

ولا حاد بنا عن طريقته وملته بحق محمد وآله

“(Allah) Muhəmməd və ailəsinin haqqı üçün, Bizi onun yolundan və onun dinindən ayırmasın”

“Tövbə” surəsi 100-cü ayənin təfsiri

Bu yazı Sünni alimlərinin fikirləri kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir şərh yazın