Əbu Həbib və İmam Rza (ə)

وروى الحاكم عن محمد بن عيسى عن أبي حبيب قال رأيت النبي في المنام في المنزل الذي ينزل الحجاج ببلدنا فسلمت عليه فوجدت عنده طبقا من خوص المدينة فيه تمر صيحاني فناولني منه ثماني عشرة فتألوت أن أعيش عدتها فلما كان بعد عشرين يوما قدم أبو الحسن علي الرضا من المدينة ونزل ذلك المسجد وهرع الناس بالسلام عليه فمضيت نحوه فإذا هو جالس في الموضع الذي رأيت النبي جالسا فيه وبين يديه طبق من خوص المدينة فيه تمر صيحاني فسلمت عليه فاستدناني وناولني قبضة من ذلك التمر فإذا عدتها بعدد ما ناولني النبي في النوم فقلت زدني فقال لو زادك رسول الله لزدناك

Həkim (Nisaburi) Muhəmməd b. İsadan, o da Əbu Həbibdən belə rəvayət etmişdir:

“Yuxumda Peyğəmbəri (s) şəhərimizdəki hacıların qonaqladıqları yerdə gördüm. Ona salam verdim. Qarşısında Mədinədə xurma yarpağından düzəldilmiş bir tabağın içində Seyhani deyilən xurma olduğunu gördüm. Mənə o xurmalardan 18 ədəd verdi. Səhər tezdən qalxdığım zaman yuxumu mənə verilən xurma sayı qədər ömrümün qaldığı şəklində təvil etdim. Bu yuxudan 20 gün sonra Əbül-Hüseyn Əli Rza (ə) Mədinədən gəlib yuxuda Hz.Peyğəmbəri (s) gördüyüm məsciddə oturdu. Xalq ona salam verməyə getdi. Mən də ona tərəf getdim. Baxdım ki, yuxuda gördüyüm Hz.Peyğəmbərin (s) yerində oturub. Qarşısında Mədinənin xurma yarpağından hörülmüş bir tabağın içində Seyhani xurmaları var. Ona salam verdim. Məni özünə doğru yaxınlaşdırdı və o xurmalardan bir ovuc mənə verdi. Sayıb gördüm ki, yuxuda Hz.Peyğəmbərin (s) mənə verdiyi xurmaların sayı qədərdir. Ona “Bundan daha artığını ver” dedim. “Rəsulallah (s) bundan artığını sənə versəydi, biz də sənə artığını verərdik” – deyərək gördüyüm yuxuya işarə etdi.

İbn Həcər əl-Heytəmi əl-Məkki, “əs-Səvaiq əl-Mühriqə”, 2/594
Bu yazı Əhli-sünnə mənbələrində İmamların həyatı kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir şərh yazın