İbn Kəsir və təvəssül

    

وقد ذكر جماعة منهم الشيخ أبو منصور الصباغ في كتابه الشامل الحكاية المشهورة عن العتبي قال : كنت جالسا عند قبر النبي صلى الله عليه وسلم فجاء أعرابي فقال : السلام عليك يا رسول الله سمعت الله يقول ” ولو أنهم إذ ظلموا أنفسهم جاءوك فاستغفروا الله واستغفر لهم الرسول لوجدوا الله توابا رحيما ” وقد جئتك مستغفرا لذنبي مستشفعا بك إلى ربي ثم أنشأ يقول : يا خير من دفنت بالقاع أعظمه فطاب من طيبهن القاع والأكم نفسي الفداء لقبر أنت ساكنه فيه العفاف وفيه الجود والكرم ثم انصرف الأعرابي فغلبتني عيني فرأيت النبي صلى الله عليه وآله وسلم في النوم فقال : يا عتبي الحق الأعرابي فبشره أن الله قد غفر له

İçlərində “əş-Şəmil” kitabının sahibi Şeyx Əbu Mənsur əs-Səbbağın da olduğu bir qrup alim Utbidən bu məşhur hekayəni nəql etmişlər:

Utbi rəvayət edir: Nəbinin (s) qəbri yanında oturmuşdum. Bir bədəvi gəldi və dedi: “Əssələmu Aleykə Ya Rasulullah (s). Mən Allahın (Subhənəhu və Təala): “… Əgər onlar nəfslərinə zülm etdikləri zaman, sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Rəsul da onlar üçün bağışlanma diləsəydi, Allahı tövbələri qəbul edən, mərhəmətli olaraq görərdilər.” buyurduğunu eşitdim. İstiğfar edərək, Rəbbimə haqqımda şəfaət etmən üçün sənə gəldim.” Sonra (bu şeri) söylədi:

Ey yür üzündəki ağaların ən xeyirlisi və böyüyü,
Onların gözəl qoxularıyla yerüzünün alçaq və yüksək yerləri gözəlləşmişdir.
Nəfsim sənin məskun olduğun qəbrə fəda olsun.
Orada İffət, orada comərdlik və şərəf vardır.

Sonra bədəvi ayrılıb getdi, sonra yuxu mənə qalib gəldi, yuxuda Nəbini (s) gördüm və o dedi: “Ey Utbi, bədəviyə yetiş və ona Allahın onu başığladığını müjdələ.”

  

 

Bu yazı Sünni alimlərinin fikirləri kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

İbn Kəsir və təvəssül üçün cavab

  1. Shamil dedi ki:

    Allah razi olsun

Bir şərh yazın