Şəqiq əl-Bəlxi və İmam Musa əl-Kazım (ə)

ومن بديع كراماته ماحكاه ابن الجوزي والرامهرمزي وغيرهما عن شقيق البلخي أنه خرج حاجا سنة تسع وأربعين ومائة فرآه بالقادسية منفردا عن الناس فقال في نفسه هذا فتى من الصوفية يريد أن يكون كلا على الناس لأمضين إليه ولأوبخنه فمضى إليه فقال يا شقيق اجتنبوا كثيرا من الظن إن بعد الظن إثم الحجرات 12 الآية فأراد أن يحالله فغاب عن عينيه فما رآه إلا بواقصة يصلي وأعضاؤه تضطرب ودموعه تتحادر فجاء إليه ليعتذر فخفف في صلاته وقال وإني لغفار لمن تاب وآمن طه 28 الآية فلما نزلوا زبالة رآه على بئر فسقطت ركوته فيها فدعا فطغى الماء له حتى أخذها فتوضأ وصلى أربع ركعات ثم مال إلى كثيب رمل فطرح منها فيها وشرب فقال له أطعمني من فضل ما رزقك الله تعالى
فقال يا شقيق لم تزل نعم الله علينا ظاهرة وباطنة فأحسن ظنك بربك فناولنيها فشربت منها فإذا سويق وسكر ما شربت والله ألذ منه ولا أطيب ريحا فشبعت ورويت وأقمت أياما لا أشتهي شرابا ولا طعاما ثم لم أره إلا بمكة وهو بغلمان وغاشية وأمور علىخلاف ما كان عليه بالطريق

Həzrət Musa əl-Kazımın (ə) qəribə kəramətlərindən biri də İbn Cəvzi, Ram Hürmüsi və başqalarının Şəqiq əl-Bəlxidən rəvayət etdikləridir. Şəqiq hicrətin 149-cu ilində Həcc səfərinə çıxarkən onu (İmam Musanı) Qadisiyyədə xalqdan ayrılmış, tənha halda gördükdə “Bu, ola bilsin sufilərdən olan bir gəncdir. Yolda başqalarına yük olmaq istəyir. Onu qınamaq üçün yanına gedim.” – deyir.  Şəqiq onun yanına gedərkən, Musa (ə) ilahidən onun məqsədini başa düşərək “Ey Şəqiq!” deyə səslənərək, “Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır.” (əl-Hucurat, 12)  Qurani Kərim ayəsini oxudu.  Şəqiq onun haqqındakı bu pis zənnindən ötrü halallşmaq istəsə də, Musa (ə) gözündən itdi. Onu ancaq Vaqisə deyilən yerdə namaza durduğunu, bədəninin titrədiyini və gözlərindən yaş axdığıı gördü. Üz istəmək üçün yanına gəldikdə, namazını tez bir zamanda qılıb Qurani-Kərimdən “Mən, həqiqətən də, tövbə edib, iman gətirib yaxşı işlər görən, sonra da doğru yolu tutanları bağışlayıram.” (Taha, 82) ayəsini oxudu.  

Yoldaşları ilə Zimalə deyilən yerdə dayandıqlarında, Şəqiq onu bir quyu başında gördü. Dəstəmaz aldığı su qabı quyuya düşdü. Hz.Musa əl-Kazım (ə) dua etdi. Ta ki, su quyunun başına qədər daşıb qab suyun üzərinə çıxana qədər. Qabla dəstəmaz aldı. Dörd rəkət namaz qıldıqdan sonra bir qum yığınından bir miqdar götürüb qaba tökdü. Ondan su içdi. Şəqiq ona “Allah Təalanın sənə verdiyi ruzunun artığını mənə yedir” söyləyincə, Musa (ə) dedi ki:

“Ey Şəqiq! Allahın bizə ehsan etdiyi gizli və aşkar nemətləri davamlıdır. Zənnini Rəbbinə qarı gözəl eylə”.

Şəqiq dedi: “Mənə qabını verdi. Ondan içdim. Gördüm ki, səvik (tavada yağla qızardılmış yol yeməyi) ilə şəkərdir. Allaha and olsun ki, ondan daha ləzzətli, ondan daha xoş ətirli bir şey içmədim. Məndə olan həm aclıq, həm də susuzluqdan əlamət qalmadı. Bir neçə gün boyunca nə yemək, nə də içmək istədim.  Sonra Hz.Musanı (ə) yoldakı vəziyyətin əksinə olaraq ətrafında qulluqçuları, dostları ilə bo yerdə Məkkədə gördüm.”

İbn Həcər əl-Heytəmi əl-Məkki, “əs-Səvaiq əl-Mühriqə”, 2/591
Bu yazı Əhli-sünnə mənbələrində İmamların həyatı kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir şərh yazın